"Tramp yalnız qapını aça bilər, heç kimi zorla otağa sala bilməz" - Vens
ABŞ-nin vitse-prezidenti J.D.Vens hərbi əməliyyatların dayandırılmasının həm Rusiya, həm də Ukraynanın maraqlarına cavab verdiyi zamanın yetişdiyinə inandığını bildirib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, o, bu barədə "Pod Force One" kanalına müsahibəsində deyib.
Müharibənin mümkün bitmə tarixi ilə bağlı sualı cavablandıran Vens proqnoz verməyin çətin olduğunu qeyd edib:
"Altı ay əvvəl mən deyərdim ki, onlar heç vaxt müharibəni dayandırmayacaqlar; bu, Rusiyanın Vyetnamı kimi olacaq. Bir ay əvvəl məndən soruşsaydınız, inanılmaz irəliləyiş əldə etdiyimizi söyləyərdim. Amma indi düşünürəm ki, hər iki tərəf üçün faydaların azaldığı bir nöqtəyə çatmışıq".
Vensin sözlərinə görə, Rusiya qüvvələri tərəfindən ələ keçirilən ərazi əhəmiyyətsizdir, itkilər isə yüksəkdir. O əlavə edib ki, Ukrayna da ciddi problemlərlə, o cümlədən enerji infrastrukturu ilə bağlı problemlər və insan itkiləri ilə üz-üzədir.
"Biz həqiqətən inanırıq ki, döyüşü dayandırmaq hər iki tərəfin mənafeyinə uyğundur. Prezident Donald Tramp yalnız qapını aça bilər, lakin o, heç kəsi içəri daxil olmağa məcbur edə bilməz", - Vens vurğulayıb.
Oğuz