Zelenski Putinin "zəif nöqtə"sini tapıb - "O, masaya oturmağa məcbur olacaq"
Ukrayna pilotsuz təyyarələri Rusiyanın neft infrastrukturunu hədəf almaqla onun emal potensialının böyük hissəsini sıradan çıxarıb.
SAVASHMEDİA.az xəbər verir ki, baş verənlər artıq Rusiyada yanacaq qıtlığı yaradıb və bu, sənayeni çöküş vəziyyətinə gətirib.
Avropalı analitiklər Rusiyanın neft infrastrukturlarının vurulmasının Vladimir Putini çətin vəziyyətə saldığını düşünür. Baş verənlərin onu ən geci payıza qədər danışıqlar masasına oturmağa vadar edəcəyi gözlənilir.
Dağıntının miqyasını qiymətləndirmək çətindir, lakin analitiklər hesab edirlər ki, Rusiyanın yanacaq istehsalının 15-20%-i sıradan çıxıb. Bu fonda Moskva benzinin ixracına qadağa qoyub, bir sıra regionlarda yanacaqdoldurma məntəqələrində növbələr yaranıb. Sanksiyalar və Qərbin texniki dəstəyinin olmaması Rusiya neftayırma zavodlarının təmirini ciddi şəkildə çətinləşdirir.
Britaniya ordusunun keçmiş kəşfiyyatçısı Filip İnqram deyib ki, bu taktika Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov tərəfindən fəal şəkildə təbliğ edilən “müharibənin əsas hissəsinə” çevrilib.
Onun sözlərinə görə, Rusiya iqtisadiyyatı “hələ dağılmaq ərəfəsində deyil”. Lakin 12-18 ay ərzində vəziyyət kəskin şəkildə dəyişə bilər, xüsusən də Ukrayna hücumlarını gücləndirərsə.
Rusiya hakimiyyəti artıq benzinin ixracına qoyulan qadağanı sentyabr ayında da tətbiq etməyə məcbur olub ki, bu da büdcəni valyuta gəlirlərindən məhrum edir. Bu, əsas neft emalı zavodlarının bağlanmasının birbaşa nəticəsidir.
Eyni zamanda, Aİ yeni, 19-cu sanksiyalar paketini təqdim etməyə hazırlaşır. Mətbuatda yayılan məlumatlara görə, enerji sektorunda hələlik ciddi məhdudiyyətlər gözlənilmir. Bununla belə, Brüssel Rusiya iqtisadiyyatına təzyiqi artırmaq üçün ABŞ-ın tarif strategiyasının surətinin çıxarılması imkanını müzakirə edir.
Oğuz