Tramp bu üç lideri ittiham etdi - “bizə sui-qəsd hazırlayırlar”

Çin lideri Si Cinpin Kremlin rəhbəri Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Inla birlikdə Amerikaya qarşı “sui-qəsd hazırlayır”.

Sep 3, 2025 - 12:44
Tramp bu üç lideri ittiham etdi - “bizə sui-qəsd hazırlayırlar”

SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp özünün “Truth” sosial şəbəkəsində yazıb.

“Amerika Birləşmiş Ştatlarına qarşı sui-qəsd hazırladığınız zaman mənim ən xoş salamlarımı Vladimir Putin və Kim Çen Ina çatdırın. Cavab verilməsi lazım olan əsas sual Çin sədrinin ölkəsinin çox dost olmayan xarici işğalçıdan azadlığını təmin etmək üçün Amerika Birləşmiş Ştatlarının Çinə verdiyi böyük dəstəyi və “qanı” xatırlayıb-xatırlamayacağıdır. Amerikalıların çoxu Çinin Qələbəyə və Şöhrətə can atması yolunda həlak olub. Ümid edirəm ki, igidlikləri və qurban getdikləri üçün onları ehtiramla xatırlayırlar”, - deyə Tramp çinli həmkarına ismarıc ünvanlayıb. 

ABŞ prezidenti həmçinin “Si və gözəl Çin xalqı”na “böyük və uzun bir bayram günü” arzulayıb.

Xatirə SADİQ