Rubio Lavrovun "SSRİ" yazılmış köynəyinə söz atdı, Putin işə qarışdı - "Eyham vurusan?"
Rusiya Prezidenti Vladimir Putin Alyaskadakı görüşə üzərində "SSRİ" yazılmış sviterlə gedən xarici işlər naziri Sergey Lavrovla zaraf edib.
SAVASHMEDİA.az xəbər verir ki, danışıqlara başlamazdan öncə ABŞ dövlət katibi Marko Rubio Lavrova müraciətlə köynəyini bəyəndiyini deyib.
Yaxınlıqda olan və bu replikanı eşidən Vladimir Putin Rubionun sözlərinə belə qarşılıq verib: "Bu, nəyəsə eyhamdır? Amma istəsəniz, Lavrov bu sviteri sizə hədiyyə edər”.
Daha sonra isə Putin sözügedən sviterə işarə edərək Lavrovu zarafatla “imperialist” adlandırıb.
Oğuz
Lavrov üzərinə "SSRİ" yazılmış sviterdə