ABŞ səfirliyi bu liderə xəbərdarlıq etdi 

ABŞ-nin Gürcüstandakı səfirliyi “Gürcü Arzusu”nun parlamentdəki fraksiyasının lideri Mamuka Mdinaradzeni tənqid edib. 

Feb 4, 2025 - 13:01
ABŞ səfirliyi bu liderə xəbərdarlıq etdi 

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbəbr verir ki, bu barədə səfirliyin bəyanatında deyilir.  

ABŞ səfirliyi Mdinaredzenin məlumatsızlıqda ittiham edib: “Cənab Mdinaradzenin bugünkü bəyanatları tamamilə səhvdir. ABŞ səfirliyinin prezident Tramp və dövlət katibi Marko Rubionun əsas prioritetlərini – Amerikanı daha təhlükəsiz, daha güclü və daha uğurlu etmək üçün nə etdiyi barədə məlumatsızlığını nümayiş etdirir”.

Qeyd edək ki, Mamuka Mdinaradze bildirib ki, müxalifətin ölkədə təkbaşına etiraz aksiyaları keçirməsinə inanmır. 

“Gürcüstanda agent müxalifət tərəfindən həyata keçirilən küçə aksiyaları, piar və təxribatların bu agentlərin sahiblərindən və ya ABŞ-nin Gürcüstandakı səfirliyindən tamamilə müstəqil və uzaqdan həyata keçirildiyini düşünən bir nəfər olsa belə, onun Gürcüstanda baş verənlər haqqında heç bir fikri yoxdur, nə bir təfərrüat, nə qlobal, nə də konkret mövzular haqqında. Mən buna inananlardan dərindən üzr istəyirəm" dedi Mdinaradze vurğulayıb.

Xatirə SADİQ