"İki dəfə NATO-ya üzv olmaq istədik, amma..." - Putindən açıqlama
Rusiya Prezidenti Vladimir Putin “Valday” Diskussiya Klubunun illik toplantısında maraqlı açıqlamalar verib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, Putin Qərb ölkələrini hər şeyə və hər kəsə nəzarət etmək cəhdlərində ittiham edib:
"ABŞ və onun müttəfiqlərinin gücü 20-ci əsrin sonlarında pik həddə çatdı, lakin dünyanı idarə edə biləcək və hər kəsə “necə nəfəs alacağını” diktə edə biləcək qüvvə yoxdur və olmayacaq".
Putin daha sonra Qərbin əsas dərdinin Rusiya olduğunu diqqətə çatdırıb:
"Onların əsas hədəfi əvvəllər SSRİ idi, indi isə Rusiya Federasiyası. Bir faktı diqqətinizə çatdırım. SSRİ və daha sonra Rusiya iki dəfə NATO-ya daxil olmağa hazır olduqlarını bəyan ediblər, lakin hər iki dəfə də təkidlə rədd cavabı verilib".
Oğuz