Ukrayna rəsmən açıqladı - Bu ərazilər azad edilib

Ukrayna ordusu Pokrovski rayonunda 180 kvadrat kilometr ərazini azad edib və təxminən 200 kvadrat kilometr ərazini Rusiya diversiya qruplarından təmizləyib.

Oct 5, 2025 - 13:46
Ukrayna rəsmən açıqladı - Bu ərazilər azad edilib

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələri komandanı İqor Platuxa bildirib.

O qeyd edib ki, Pokrovski istiqaməti düşmənin əsas hücum xətti olduğundan ən mürəkkəb bölgələrdəndir. Ukrayna qüvvələri düşmənin hücum cəhdlərini dəf edir və azad edilən əraziləri tədricən geri alır.

Platuxa həmçinin bildirib ki, Rusiya hava zərbələri, artilleriya və PUA-lardan istifadə edərək sıx atəş nəzarəti qurmağa çalışır, bu da loqistika və evakuasiyanı çətinləşdirir.

“Rubej” briqadasının zabiti Vladimir Çernyak isə Rusiya qüvvələrinin taktikasını payızın kəskin hava dəyişiklikləri səbəbindən dəyişməyə məcbur olacağını vurğulayıb.