İsrail hökuməti “erməni soyqırımı”nı TANIDI – Son qərarı isə Knesset VERƏCƏK
İsrail hökuməti qondarma "erməni soyqırımı"nın tanınması barədə qərarı təsdiqləyib.
SAVASHMEDİA.az xəbər verir ki, hökumətin təsdiqindən sonra xarici işlər naziri Gideon Saar “X” hesabında paylaşım edib.
"Düzgün addımı atmaq üçün heç vaxt gec deyil" – Saar yazıb.
Nazir qərarın yekdilliklə qəbuluna görə Baş nazirə və hökumət üzvlərinə təşəkkür edib.
Qeyd edək ki, qərarın hüquqi qüvvəyə minməsi üçün onun İsrail parlamenti – Knesset tərəfindən də təsdiqlənməsi tələb olunur.
İsrail mətbuatının yazdığına görə, qərar iki ölkə (İsrail-Türkiyə) arasında son dövrlər müşahidə olunan siyasi gərginlik fonunda qəbul edilib.
Banu