Keşlə bazarı belə sökülür - FOTOLAR

Bakının Nərimanov rayonunda yerləşən Keşlə bazarında və ətrafında söküntü işləri başlayıb. 

Feb 4, 2025 - 13:10
Keşlə bazarı belə sökülür - FOTOLAR

SAVASHMEDİA.az ərazidə aparılan işləri əks etdirən fotoları təqdim edir.

Qeyd edək ki, bazar Heydər Əliyev və Ziya Bünyadov prospektlərində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə sökülür. 

Bazarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, söküntü işlərinin başlanılması bu ilin fevral ayının 1-nə qədər təxirə salınmışdı.

Xatirə SADİQ