Polşa XİN rusiyalı səfirdən cavab tələb etdi
Varşava Polşa şirkətinin Ukraynanın Vinnitsa şəhərindəki fabrikinin dron hücumuna məruz qalması səbəbindən Rusiya səfirliyinin nümayəndəsini söhbətə çağırıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti X sosial şəbəkəsində məlumat paylaşıb.
“Dünən Polşa XİN Rusiya səfirliyinin nümayəndəsinə bildirdi ki, Vinnitsadakı Polşa biznesi olan və yalnız mülki istehsalla məşğul olan “Barlinek” fabrikinə edilən hücum beynəlxalq hüququn pozulmasıdır”, - məlumatda deyilir.
Xatırladaq ki, iyulun 16-da Polşanın xarici işlər naziri Radoslav Sikorski Vinnitsadakı “Barlinek” fabrikinin Rusiya “Şahedləri” tərəfindən vurulduğuna diqqəti cəlb etmişdi.
Şirkətin rəhbərinin sözlərinə görə, durum binanın qəsdən hədəf seçildiyini göstərir.
Xatirə SADİQ