Zelenskinin müşavirindən Leks Fridmana cavab - “Bunu Ukrayna başlamayıb”

Ukrayna prezidentinin strateji məsələlər üzrə müşaviri Aleksandr Kamışin amerikalı podkaster Leks Fridmana cavab verib.

Mar 11, 2025 - 14:07
Mar 11, 2025 - 14:34
Zelenskinin müşavirindən Leks Fridmana cavab - “Bunu Ukrayna başlamayıb”

SAVASHMEDİA.az xəbər verir ki, prezidentin müşaviri cavabını amerikalı podkasterin “X” sosial şəbəkəsindəki tvitinə şərh yazıb.

“Bu oyunu iki nəfər oynaya bilər, Lex. Bunu Ukrayna başlamayıb. Məhz Rusiya İranın pilotsuz təyyarələri ilə Ukraynanı atəşə tutmağa başladı”, - deyə Aleksandr Kamışin vurğulayıb. 

Xatirə SADİQ