Amerikalı senator Maskı qanmazlıqda günahlandırdı

Arizona ştatından demokrat senator Mark Kelli Ukraynaya dəstək çağırışına görə onu “satqın” adlandıran amerikalı milyarder İlon Maska cavab verib.

Mar 11, 2025 - 14:03
Amerikalı senator Maskı qanmazlıqda günahlandırdı

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Kelli bunu Ukraynaya son səfəri ilə bağlı bir sıra uzun postlar yazarkən edib. 

Amerikalı senator öz yazılarında Ukraynanı dəstəkləməyin vacibliyindən danışıb və Donald Tramp administrasiyasının siyasətini tənqid edib.

“Donald Tramp Ukraynanın mövqeyini zəiflətməyə çalışır və biz bunu izah etməliyik. Əgər Putin qalib gəlsə, atəşkəslə razılaşmayacaq və sonunda NATO müttəfiqini hədələyəcək. Bu, Amerika qoşunlarını və Amerika xalqını təhlükə altında qoyur”, - deyə Kelli vurğulayıb.

Mask  senatorun yazılarından birinə qısa şəkildə belə şərh verib:“Sən satqınsan”.

Amerikalı senatır buna cavab olaraq yazıb: “İlon, əgər siz azadlığı qorumağın Amerikanı qüdrətli etdiyini və bizim təhlükəsizliyimizi təmin edən əsas prinsip olduğunu başa düşmürsünüzsə, yəqin ki, bunu başa düşənlərin öhdəsinə buraxmalısınız”. 

Xatirə SADİQ