"Peskov bu mövzuda danışmasa, yaxşıdır" - Almaniyanın cavabı sərt oldu

Almaniyanın xarici işlər naziri Yohan Vadeful Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə cavab verib.

May 29, 2025 - 00:50
"Peskov bu mövzuda danışmasa, yaxşıdır" - Almaniyanın cavabı sərt oldu

SAVASHMEDİA.az xəbər verir ki, o, Peskovun Berlinin uzaqmənzilli silahlar hazırlamaqda Kiyevə kömək etməsini “müharibənin qızışdırılması" anlamına gəldiyi fikrinə etiraz edib.

Vadeful "Peskova ümumiyyətlə müharibəyə təhrik haqqında danışmağa icazə verilməməlidir" deyib.

O, Peskovun Almaniyaya nəsə öyrətmək səlahiyyətində və qüdrətində olmadığını sözlərinə əlavə edib.

Xatırladaq ki, ötən gün Almaniyanın müdafiə naziri Boris Pistorius ukraynalı həmkarı Rustem Umerov ilə Ukraynada uzaqmənzilli silahların istehsalına investisiyalar haqqında müqavilə imzalayıb.

Bu məlumatı şərh edən Dmitri Peskov bəyan edib ki, Almaniyanın Ukraynaya öz uzaqmənzilli silahlarının yaradılmasında dəstəyi sülh səylərinə mane olur.

Oğuz