“Yatmışdım, anam içəri girəndə...” – Kamilə Babayeva illər əvvəl nə demişdi?
Tanınmış aparıcı Kamilə Babayevanın 77 yaşlı anası Münəvvər Yəhya qızı Nizami rayonundakı evində bağlı qapı arxasında ölü halda aşkarlanıb. Onun ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
SAVASHMEDİA.az Kamilə Babayevanın illər əvvəl anası haqqında yerli mediaya verdiyi açıqlamaları təkrar təqdim edir.
Aparıcı 2017-ci ildə ARB TV-də yayımlanan “Gəlin danışaq” verilişində atasının ölümündən danışarkən anasından belə bəhs edib:
“Atam vəfat edəndə uşaq idim. Yatmışdım, anam qapını açıb içəri girəndə ayıldım. Dedi ki, atan artıq yoxdur”.
Aparıcı anası ilə birlikdə atasına vida etməyə getdiklərini də danışıb:
“Anamla Bakı kəndlərinə gedib çoxlu qərənfil aldıq və Qaxa yollanaraq onunla vidalaşdıq”.
Kamilənin anası ilə münasibətinin illər sonra da eyni səmimiyyətdə qaldığı onun sosial media paylaşımlarından da görünürdü.
2025-ci ilin fevralında aparıcı anası Münəvvərin Su çərşənbəsində onlara gəldiyi anın videosunu paylaşmışdı. Kamilə həmin görüntülərə “Elə bayram, əlamətdar gün yoxdur ki, anam gəlməsin” sözlərini yazmışdı.
Aytən
Kamilə Babayevanın anası Münəvvər xanım