80 yaşlı Tramp 36 yaşlı köməkçisi ilə eşq yaşayır? - Ağ Ev bu qadından DANIŞIR + FOTOLAR
Prezident Donald Trampın 36 yaşlı köməkçisi Natali Harpla yaxın münasibəti ABŞ-də gündəm olub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ABŞ nəşri məlumat yayıb.
Məlumata görə, Corciya ştatından olan demokrat senator Con Ossoff avqustun 16-da keçirilən seçki kampaniyası çərçivəsindəki çıxışında 80 yaşlı Trampın Natali Harpla münasibətindən danışıb. Senator prezidentin köməkçisinə olan marağının dövlət başçısı kimi vəzifələrinə olan marağından daha üstün olduğunu bildirib.
Ossoff iddia edib ki, Tramp prezident fəaliyyətindən daha çox Ağ Evdə bal zalı tikdirmək və Natali ilə Qətər əmiri tərəfindən hədiyyə edilən təyyarədə səyahət etməklə maraqlanır.
Natalinin Trampa olan heyranlığı ilə bağlı əvvəllər də xəbərlər yayılıb. Məsələn, ABŞ mətbuatının 2024-cü ildə yaydığı məlumata görə, Natali Trampa bir neçə dini məzmunlu məktub yazıb. O bu məktublarında Trampa “Mənim bu həyatdakı Qəyyumum və Himayəçim” xitabı ilə müraciət edib. Natali məktublarda ABŞ liderinə “Mənim üçün ən vacib olan hər şey sənsən” və “Sənə sevinc bəxş etmək istəyirəm” yazıb. Natalinin Trampa olan marağı yaxınlarının da diqqətindən yayınmayıb. Qardaşı Preston Harp mətbuata açıqlamasında bacısının Trampın “fan-klubuna” çevrildiyini bildirib.
Natalinin də Tramp üçün dəyərli olması faktı ABŞ prezidentinin Türkiyədəki NATO zirvəsindən qayıdarkən təsdiqlənib.
İranın təyyarəyə hücum edəcəyi ilə bağlı məlumat daxil olduqdan sonra ABŞ Prezidenti “Air Force One" təyyarəsinə minsə də, daha sonra başqa hərbi təyyarəyə keçib. Trampın bu zaman yanında apardığı azsaylı şəxslərdən biri də Natali Harp olub. Dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent və Ağ Evdəki mətbuat korpusu isə əvvəlki təyyarədə qalıb.
Ağ Evin kommunikasiya direktoru Stiven Çunq Tramp-Harp münasibətini dilə gətirən senator Con Ossoffu ABŞ-yə nifrət edən “bədbəxt insan” adlandırıb və onun ölkəyə xidmət edən insanları aşağılamaq əvəzinə öz daxilinə nəzər salmalı olduğunu yazıb. Bununla belə, Ağ Ev rəsmisi Ossoffun Tramp və Harpın münasibətləri ilə bağlı konkret iddialarına birbaşa cavab verməyib.
Natali Harp kimdir?
O, 1990-cı ildə anadan olub. 2020-2022-ci illərdə “One America News Network”də aparıcı işləyib. 2022-ci ildən Trampın komandasında yer alıb. D.Tramp 2025-ci ildə onu prezidentin icraçı köməkçisi vəzifəsinə təyin edib.
Natali Harp mətbuatda daha çox "insan printeri" ləqəbi ilə tanınır. Çünki onun əsas vəzifələrindən biri gün ərzində portativ printerlə gəzərək Tramp üçün müsbət xəbərləri, məqalələri və sosial media paylaşımlarını çap etmək və onları prezidentə təqdim etməkdir.
Banu