"Ailəmizə daş atırlar, qızım düz deyib, arxasındayam" - Fərqanə Qasımova
Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızı Mövlanənin toy mərasimindən yayılan görüntülər sosial media platformalarında müzakirələrə səbəb olub.
SAVASHMEDİA.az xatırladır ki, Mövlanənin toy günü mediaya verdiyi açıqlamada "Fəriddən tələb edirəm" cümləsi, eyni zamanda sosial şəbəkə platformalarında yayılan videoları birmənalı qarşılanmayıb.
Bir sıra istifadəçilər onun səsləndirdiyi fikirləri və sərbəst davranışlarını tənqid edib.
Müzakirələr fonunda Mövlanənin anası, Əməkdar artist Fərqanə Qasımova mövzuya münasibət bildirib. O, news24.az-a açıqlamasında yaranan müzakirələri ciddi hesab etmədiyini vurğulayıb.
Fərqanə Qasımovanın sözlərinə görə, Azərbaycan cəmiyyətində həm müsbət, həm də təəssüf doğuran yanaşmalar mövcuddur:
“Cəmiyyətimizdə gözəl xüsusiyyətlərlə yanaşı, təəssüf doğuran məqamlar da var. Ya yıxılanı qaldırırlar, ya da çox qabağa gedəni geri çəkməyə çalışırlar. Buna görə də bu məsələyə reaksiya vermək istəmədim. Mənə elə gəlir ki, gözəl baxmaq və gözəl düşünmək gözəl qəlbdən irəli gəlir. Kimin qəlbi gözəldirsə, hər şeyi də gözəl görəcək. Mən burada hər şeyi gözəl gördüm”.
Əməkdar artist bildirib ki, onun üçün ən vacib məsələ övladının xoşbəxtliyidir:
“Qızıma yalnız xoşbəxtlik arzulayıram. O, hər şeyi yaxşı bilən, ağıllı bir insandır. Mən həmişə ona dəstək olmuşam və bundan sonra da olacağam. Mən millətimin hansına söz deyə bilərəm ki? Bir tərəfdən mənə, digər tərəfdən Alim müəllimə daş atırlar. Halbuki ailəmizi sevən insanların sayı çoxdur”.
Əməkdar artist əlavə edib ki, sosial şəbəkədə mənfi fikirlər yazanlar daha çox aqressiyalarını nümayiş etdirirlər: “Alim müəllimin çox gözəl tərbiyəsi var, o susmaqla öz mövqeyini bildirir. Mən də eyni mövqedəyəm”.
Посмотреть эту публикацию в Instagram