"Keçən dəfə bir stəkan içdim, amma indi tərgitmişəm" - Paşinyan
Son günlər sosial şəbəkələrdə şəxsi həyatı ilə bağlı paylaşımlar edərək erməni ictimaiyyətini təəcübləndirən Nikol Paşinyan ənənəsinə sadiq qalıb.
SAVASHMEDİA.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə qeyri-adi bəyanatla çıxış edib.
Bu dəfə Aruç kəndində keçirilən Milad yarmarkasının açılışında olan Paşinyan yüksək səslə spirtli içkilərdən imtina etdiyini bəyan edib:
"Biz nahar etdik və buraya gəldik. Mən daha içmirəm, amma sizinlə simvolik olaraq badə qaldıra bilərəm. Keçən dəfə bir stəkan içdim, amma indi ümumiyyətlə içmirəm".
Oğuz