Castin Trüdo istefa verəcəyini bəyan etdi
Kanada hökumətinin rəhbəri Castin Trüdo hakim Liberal Partiyasının lideri və ölkənin baş naziri vəzifəsindən istefa vermək niyyətində olduğunu açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, baş nazirin brifinqini “Reuters” agentliyi yayımlayıb.
Trüdo bildirib ki, Kanadanın general-qubernatoru Meri Saymondan (Böyük Britaniya kralı tərəfindən təyin edilir) parlamenti martın 24-dək buraxmamağı xahiş edib. Meri Saymon bu təkliflə razılaşıb.
“Globe and Mail” xəbər verib ki, növbəti iki ay ərzində Liberal Partiyası yeni lıiderini seçməlidir. Həmin lider parlament seçkilərində Pyer Poyevrenin başçılıq etdiyi mühafizəkarları məğlub etməyə çalışmalıdır.
Xatirə SADİQ