Xidmət rəisindən "neqodnı"lara ÇAĞIRIŞ - "Hərbi biletinizi açın, orada..."

Yayınan şəxslərlə bağlı normalar qanunvericilikdə də əks olunub

Jun 26, 2026 - 22:57
Xidmət rəisindən "neqodnı"lara ÇAĞIRIŞ - "Hərbi biletinizi açın, orada..."

“İlk olaraq müəyyənləşdirmək lazımdır ki, hərbi xidmətdən yayınan şəxslər kimlərdir və nədən yayınırlar? El arasında “neqodnı” sözündən çox istifadə edirlər. Burada 3 ildən bir komissiyadan keçməli olan şəxslərdən söhbət gedir. Yayınan şəxslərlə bağlı normalar qanunvericilikdə də əks olunub. Burada maarifləndirmə məsələləri çox böyük əhəmiyyət kəsb edir”.

SAVASHMEDİA.az xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Mürsəl İbrahimov APA və REAL TV-yə müsahibəsində deyib.

"Bu yerdə “neqodnı” olan vətəndaşlara çağırış edirəm: Öz hərbi biletlərini açsınlar, orada onların komissiyadan keçməsi ilə bağlı konkret tarixlər mövcuddur. Onlar bu hərbi biletə imza çəkiblər. Xahiş edirik, vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək. Bu, həm də Xidmətin işini asanlaşdırar", - Mürsəl İbrahimov deyib.

Xidmət rəisi əlavə edib ki, onların tapılmasında ərazi polis orqanlarına müraciət olunur və birgə axtarış tədbirləri aparılır, inzibati məsuliyyətə cəlb olunurlar.