"Bakını vuracaqdıq, Pezeşkian mane oldu" - İrandan inanlılmaz AÇIQLAMA 

İran parlamentinin deputatı Kamran Qəzənfəri Prezident Məsud Pezeşkianı Azərbaycana zərbə endirməyə mane olmaqda günahlandırıb.

Jun 26, 2026 - 23:43
Jun 27, 2026 - 00:09
"Bakını vuracaqdıq, Pezeşkian mane oldu" - İrandan inanlılmaz AÇIQLAMA 

SAVASHMEDİA.az xəbər verir ki, "Iran International" nəşrinin yaydığı məlumata görə, deputat parlamentdə çıxışı zamanı Azərbaycan hakimiyyətini ittiham edib və İran Silahlı Qüvvələrinin Bakıya zərbə endirmək istədiyini etiraf edib.

Qəzənfərinin iddiasına görə, guya Azərbaycan rəhbərliyi həm mərhum Prezident İbrahim Rəisinin həlak olduğu helikopter qəzasında, həm də İranın "12 günlük müharibə" adlandırdığı hadisələr zamanı ABŞ və İsraillə əməkdaşlıq edib.

Deputat Prezident Məsud Pezeşkiana müraciətlə belə deyib:

"Cənab Pezeşkian, siz yaxşı bilirsiniz ki, Bakı həm İbrahim Rəisinin şəhid olduğu hadisədə, həm də 12 günlük müharibə zamanı ABŞ və İsraillə əlbir olub. Bəs nə üçün Silahlı Qüvvələrimiz Bakıya peşmanedici zərbə endirmək istəyəndə bunun qarşısını aldınız?"

Kamran Qəzənfəri bu iddiasını təsdiqləyəcək hər hansı sübut təqdim etməyib.

Eyni zamanda İran hakimiyyəti də deputatın səsləndirdiyi "Bakıya zərbə endirilməsi planı" ilə bağlı rəsmi açıqlama verməyib. 

Azərbaycan tərəfindən də bu iddialara münasibət bildirilməyib.

Oğuz