“İran danışıqlara qayıtmasa da vecimə deyil” – Tramp
ABŞ prezidenti Donald Trump İranla bağlı ritorikasını daha da sərtləşdirib.
Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında danışan Tramp açıq mesaj verib:
“Onların danışıqlara qayıdıb-qayıtmaması məni maraqlandırmır. Qayıtmasalar da, bu mənim üçün problem deyil”.
Ağ Ev rəhbəri iddia edib ki, İran hazırda ağır vəziyyətdədir və faktiki olaraq çıxış yolu tapmaqda çətinlik çəkir. Trampın sözlərinə görə, Tehran artıq seçim qarşısındadır və vəziyyət getdikcə daha da kritikləşir.
Oğuz
SAVASHMEDİA.az