Sabah pensiyalar ödəniləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu sabah – aprelin 14-də pensiya ödənişlərinə başlayır.
Məlumata görə, ödənişlər ilkin mərhələdə Bakı və Sumqayıt şəhərlərini, eləcə də Abşeron rayonunu əhatə edəcək. Bu ərazilərdə yaşayan pensiyaçıların vəsaitləri kartlarına köçürüləcək.
Nazirlikdən bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin ödənişləri də bu ay əvvəlcədən müəyyən edilmiş qrafik üzrə həyata keçiriləcək.
Qeyd edək ki, digər bölgələr üzrə ödənişlərin də yaxın günlərdə mərhələli şəkildə verilməsi gözlənilir.
Oğuz
SAVASHMEDİA.az