Tramp Papaya ultimatum verdi - “Ya toparlan, ya da...”
ABŞ prezidenti Donald Trump Roma Papası XIV Leo ilə bağlı son dərəcə sərt açıqlamalarla çıxış edib.
Sosial şəbəkədə paylaşım edən Tramp Vatikan rəhbərliyinin bəzi fikirlərini kəskin tənqid edərək, xüsusilə ABŞ prezidentinə yönələn tənqidləri qəbul etmədiyini bildirib.
ABŞ lideri İranın nüvə proqramı və Venesuela məsələsində Papanın yanaşmasına etiraz edib və bu mövqeyin təhlükəli olduğunu vurğulayıb.
“İranın nüvə silahına sahib olması ilə bağlı problemi olmayan bir Papa istəmirəm. Leo özünü toparlamalı, sağlam düşüncədən çıxış etməli və radikal solçuların rəğbətini qazanmağa çalışmağı dayandırmalıdır. O, siyasətçi kimi yox, böyük bir Papa kimi davranmalıdır”, - Tramp bildirib.
Aytən
SAVASHMEDİA.az