Xəzər sakitləşmir, 500-dən çox təkan: təhlükə bitməyib? - Qurban Yetirmişli açıqladı
Aprelin 8-də Xəzər dənizi akvatoriyasında baş verən 5.3 maqnitudalı zəlzələnin təsirləri davam edir.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bildirib.
Onun sözlərinə görə, əsas zəlzələdən sonra artıq 500-dən çox afterşok qeydə alınıb və proses hələ tam dayanmayıb.
“Güclü enerji boşalması baş verib. Bu səbəbdən təkanlar davam edəcək. Lakin əhali narahat olmasın. Bunlar xırda təkanlardır. 5-dən yuxarı maqnitudalı zəlzələ gözlənilmir, amma 3-dən yuxarı təkanlar hiss oluna bilər”, – o qeyd edib.
Seysmoloq vurğulayıb ki, yer qabığında tektonik plitələrin hərəkəti nəticəsində yaranan gərginlik parçalanma ilə nəticələnir və bu da zəlzələyə səbəb olur. Əsas zəlzələdən sonra isə xırda qırılmalar davam edir ki, bu da afterşoklar şəklində hiss olunur.
Mütəxəssisin sözlərinə görə, proses yalnız seysmik aktivlik fon səviyyəsinə enəndən sonra tam dayanacaq.
Oğuz
SAVASHMEDİA.az