Tramp Zelenskini yamsıladı - “Oh, bizi dəvət etmədilər”

Prezident Donald Tramp müharibəyə son qoyulması üçün Səudiyyə Ərəbistanında aparılan ABŞ-Rusiya danışıqlarından kənarda qalması ilə bağlı Ukraynanın narahatlığına məhəl qoymayıb.

Feb 19, 2025 - 10:49
Tramp Zelenskini yamsıladı - “Oh, bizi dəvət etmədilər”

SAVASHMEDIA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, Tramp bunu jurnalistlərə deyib.

Tramp iddia edib ki, Ukrayna bir neçə il öncə sülh razılaşmasına nail ola bilərdi və ukraynalılar danışıqlara çox erkən başlamalı idi.

“Yəni, onlar (ukraynalılar) danışıqlar masasına oturulmadıqlarından narahat olanda, xatırlamaq lazımdır ki, kim çoxdan gəlib sazişi bağlamalıydı? Siz özünüz sazişi bağlaya bilərdiniz. Bu gün eşitdim: “Oh, bizi dəvət etmədilər”. Siz üç ildir oradasınız. Sizə bunu 3 il əvvəl bitirmək lazımdı. Əvvəldən buna başlamamalı idiniz. Razılaşmanı bağlaya bilərdiniz. Mən Ukrayna üçün müqavilə bağlaya bilərdim ki, bir nəfər də ölməzdi, bir şəhər dağılmazdı, bir kilsə günbəzi də uçmazdı. Lakin onlar başqa yolla getməyə qərar verdilər”, - deyə Tramp Ukrayna prezidenti Volodimir Zelenskinin  açıqlamalarına münasibət bildirib. 

O, həmçinin keçmiş prezident Co Baydeni Ukrayna ilə bağlı siyasətinə görə tənqid edib. 

“Düşünürəm ki, bu müharibəni bitirmək üçün gücüm var”, - deyə Tramp bildirib.

Xatirə SADİQ