Hollandiya Ukraynaya qoşun göndərəcək - Parlament tədiqlədi

Hollandiya parlamentinin aşağı palatası sülhməramlıların Ukraynaya mümkün yerləşdirilməsi ilə bağlı qətnaməni təsdiqləyib.

Feb 19, 2025 - 01:00
Hollandiya Ukraynaya qoşun göndərəcək - Parlament tədiqlədi

SAVASHMEDİA.az xəbər verir ki, hökumətdən Ukrayna ərazisinə müharibədən sonra sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı konstruktiv mövqe tutması xahiş olunur.

Təsdiqlənmiş qətnamədə bildirilir ki, Hollandiya parlamenti Ukrayna və Rusiya arasında atəşkəs əldə ediləcəyi təqdirdə, sabitliyin təmin edilməsində fəal rol oynamağı düşünür.

Parlamentin aşağı palatasının nümayəndələrinin əksəriyyəti müvafiq qətnaməni dəstəkləyib.