Trampla Putinin Budapeşt görüşü ləğv olunur?

Amerika və Rusiya rəsmiləri prezidentlər Donald Tramp və Vladimir Putinin iştirakı ilə Budapeştdə keçiriləcək sammitə hazırlığı dayandırmış ola bilər.

Oct 21, 2025 - 20:48
Trampla Putinin Budapeşt görüşü ləğv olunur?

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində NBC News-un müxbiri Garrett Haake məlumat yayıb.

Ağ Evin adı açıqlanmayan yüksək rütbəli məmuru Haakeyə deyib ki, Budapeştdə ABŞ-Rusiya rəhbərliyi səviyyəsində görüş planlaşdırılmayıb.

O bildirib ki, oktyabrın 20-də ABŞ Dövlət katibi Marko Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı “məhsuldar” olub. Lakin Trampın fikrincə, hər iki tərəf danışıqlara kifayət qədər hazır deyil.