Bəşər Əsədin əmisi oğlu tutuldu

Suriyada keçmiş president Bəşər Əsədin əmisi oğlu Vasim Əsəd saxlanılıb.

Jun 21, 2025 - 16:05
Bəşər Əsədin əmisi oğlu tutuldu

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə SANA dövlət xəbər agentliyi məlumat yayıb.

Bu xəbəri təsdiqləyən Suriyanın Daxili İşlər Nazirliyindən bildirilib ki, Vasim Əsəd “Suriyanın ən məşhur narkotik tacirlərindən biri hesab olunur və köhnə rejimin cinayətlərində iştirak edib”. 

SANA mənbələri onun Livanla sərhəd yaxınlığında saxlanıldığını iddia edir. Bəşər Əsədin qohumunun hansı ittihamlarla üzləşdiyi barədə rəsmi açıqlama verilməyib

Vasim Əsədin adı 2023-cü ildə ABŞ və Avropa İttifaqının (Aİ) sanksiya siyahısına daxil edilib. Onun narkotik qaçaqmalçılığına, xüsusən də kaptaqona görə məsuliyyət daşıdığı, həmçinin Bəşər Əsəd tərəfdarlarının hərbiləşdirilmiş birləşmələrinə rəhbərlik etdiyi iddia edilirdi.

Xatırladaq ki, Bəşər Əsəd ötən il dekabr ayında Moskvaya qaçıb və oradan sığınacaq alıb. 

Xatirə SADİQ