Pentaqon bu xəbəri təkzib etdi – “Bloomberg”

Pentaqon rəhbəri Pit Heqset Rusiya hədəflərinə qarşı yönəlmiş heç bir kiber əməliyyatı ləğv etməyib və ya təxirə salmayıb.

Mar 4, 2025 - 18:13
Pentaqon bu xəbəri təkzib etdi – “Bloomberg”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinə daxili qərarları müzakirə etmək üçün anonimlik səlahiyyəti verilən məmur bildirib.

Onun sözlərinə görə, bu prioritetin ləğvi üçün heç bir əmr olmayıb. 

“Bloomberg” qeyd edib ki, bu təkzib Amerika KİV-lərinin Heqsetin ABŞ Kiber Komandanlığına Rusiyaya qarşı bütün planlarından imtina etməsi barədə əmr verdiyini bildirməsindən sonra verilib. 

Xəbərlərdə bildirilib ki, bu, Tramp və Zelenskinin Oval kabinetdə toqquşmasından əvvəl baş verib. Bu addım guya Rusiyanı Ukraynada müharibəyə son qoymaq üçün danışıqlara razılıq verməyə məcbur etmək cəhdi kimi qiymətləndirilib.

Xatirə SADİQ