Qəzəbli izdiham İspaniya kralını palçıq yağışına tutdu - VİDEO
Valensiya bölgəsinin dağıdıcı daşqınlardan ən çox zərərçəkən ərazilərinə baş çəkən İspaniya kralını Payport şəhərindəki qəzəbli izdiham bürmələnmiş palçıqla qarşılayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu” məlumat yayıb.
Məlumatda deyilir ki, İspaniya kralınının ünvanına “qatil” deyə hayqıran qəzəbli insanlar monarxiyanın başçısına və dövlət məmurlarına təhqirlər yağdırıblar.
Polis kütləni sakitləşdirmək məqsədilə vəziyyətə müdaxilə etməli olub. Hadisə yerindən çəkilmiş görüntülərdə təhlükəsizlik xidməti əməkdaşlarının VI Filipi çətirlərlə qorumağa çalışdığı görünür. Payportadan olan fotoşəkillərdə Kraliça Letisiyanın üzündə də çirkli palçığın izi görünür.
Yerli mənbələr bildiriblər ki, bundan sonra kral və xanımı daşqından zərər görmüş Çiva şəhərinə səfəri dayandırıblar.
Son rəsmi məlumatlara görə, ötən həftə yağan güclü yağışların səbəb olduğu təbii fəlakət zamanı 217 nəfər ölüb, çoxlu insan itkin düşüb, minlərlə insan evsiz qalıb. Ölənlərin və itkin düşənlərin çoxu Valensiya bölgəsindədir.
Bölgəyə dəyən ziyan səbəbindən inkin düşənlərin sayını dəqiqləşdirmək mümkün deyil. Sel körpüləri dağıdıb, bir sıra şəhərlərin küçələrini palçıq basıb. Bir neçə yaşayış məntəqəsi işıqsız, susuz və ərzaqsız qalıb. Sakinlər hakimiyyəti insanları xilas etmək və onlara kömək etməkdə gecikmələrinə və vaxtında xəbərdarlıq etmədiklərinə görə tənqid ediblər.
Xatirə SADİQ