Tramp hər amerikalıya 2 min dollar verəcək
ABŞ Prezidenti Donald Tramp idxal tariflərindən toplanan vəsaitlərin hesabına varlılar istisna olmaqla, bütün vətəndaşlara 2000 dollar ödəniləcəyini vəd edib.
SAVASHMEDİA.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social"da yazıb.
O, tariflərə qarşı çıxan insanları axmaq adlandırıb.
"Biz indi dünyanın ən varlı və ən hörmətli ölkəsiyik, inflyasiya sıfıra yaxındır və fond bazarında rekord qiymətlər var", - deyə Tramp qeyd edib.
ABŞ lideri idxal tariflərinin 37 trilyon dollarlıq milli borcun ödənilməsinə kömək edəcəyini də diqqətə çatdırıb.