Rama yenidən Meloni üçün diz çökdü - FOTOLAR

Albaniyanın Baş naziri Edi Rama italiyalı həmkarı Corcia Meloninin qarşısında diz çöküb.

Jul 10, 2025 - 21:07
Rama yenidən Meloni üçün diz çökdü - FOTOLAR

SAVASHMEDİA.az xəbər verir ki, bu maraqlı hadisə Romada Ukrayna üçün təşkil olunmuş Zirvə görüşündə baş verib.

Belə ki, E.Rama Melonini görən kimi diz çöküb. Meloni əvvəlcə Ramanın jestinə fikir verməsə də, jurnalistlərin işarəsi ilə Ramaya baxıb və özünü saxlaya bilməyərək gülüb. Daha sonra iki Baş nazir qucaqlaşaraq şəkil çəkdiriblər.

Qeyd edək ki, bu E. Ramanın ilk belə jesti deyil. O, Albaniyanın paytaxtı Tiranada keçirilən zirvədə də Melonini diz çökərək qarşılamışdı.

Banu