Aİ ölkələri Vaşinqtona qarşı mübarizə tədbirlərinə səs verdi

Avropa İttifaqına (Aİ) üzv dövlətlər aprelin 9-da Avropa Komissiyasının Birləşmiş Ştatların ticarətinə qarşı əks-mübarizə tədbirlərinin tətbiqi təklifinin lehinə səs verib.

Apr 9, 2025 - 18:20
Aİ ölkələri Vaşinqtona qarşı mübarizə tədbirlərinə səs verdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Avropa Komissiyasının təklifi ABŞ-nin mart ayında açıqlanan Aİ-nin polad və alüminium idxalına tariflər tətbiq etmək qərarına aiddir.

Avropa Komissiyası bu tarif tədbirlərinin təfərrüatlarını hələ dəqiqləşdirməsə də, KİV-in məlumatına görə, onlar 21-22 milyard avro dəyərində malları əhatə edəcək. Bunlara lk növbədə ABŞ-nin respublikaçı ştatları ilə əlaqəli məhsullar, o cümlədən soya, motosiklet və portağal şirəsi daxildir.

“Bloomberg” eyni zamanda iddia edir ki, burbon son siyahıya daxil edilməyib. Bu, ehtimal ki, Trampın Avropa şərablarına 200 faiz tarifləri tətbiq edəcəyi ilə hədələdikdən sonra şərab istehsalçısı olan Aİ ölkələrinin təzyiqi ilə əlaqədardır.

Aİ tarifləri qərarın hüquqi aspektləri tamamlandıqdan və rəsmi olaraq dərc edildikdən sonra aprelin 15-dən etibarən tətbiq olunacaq.

Xatirə SADİQ