Çində 82,8 milyard dollarlıq qızıl ehtiyatı tapılıb
Çin geoloqları mərkəzi Hunan əyalətindəki yataqda təxminən 82,8 milyard dollar dəyərində qızıl ehtiyatı aşkar ediblər.
SAVASHMEDİA.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə əyalətin Geoloji Xidməti məlumat yayıb.
Geoloji Xitmətin “WeChat” sosial şəbəkəsində verdiyi açıqlamaya görə, geoloqlar Pingjiang qəzasındakı Vanqu qızıl yatağında 2 min metrdən çox dərinlikdə 40-dan çox qızıl damarlar aşkar ediblər.
“Ekspertlər razılaşıblar ki, Vanqu qızıl yatağında filiz yataqlarının miqyası çox böyükdür. 3 min metrdən çox dərinlikdə qızıl ehtiyatlarının min tondan çox olacağı gözlənilir”, - məlumatda deyilir.
Qızıl üzrə Dünya Şurasının məlumatına görə, keçən il qızıl istehsalının təxminən 10%-i Çinin payına düşüb.
Xatirə SADİQ