Vaşinqtonla Pekin razılığa gəldi - “Financial Times”
ABŞ və Çin qarşılıqlı tarifləri 90 gün müddətinə müvəqqəti azaltmaq barədə razılığa gəlib.
SAVASHMEDİA.az bu barədə “Financial Times” nəşrinə istinadən xəbər verir.
Nəşr yazır ki, Cenevrədə əldə olunan razılaşmaya əsasən, ABŞ Çin mallarına rüsumları 145%-dən 30%-ə, Çin isə Amerika idxalına tətbiq edilən rüsumları 125%-dən 10%-ə endirəcək.
Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın Çin mallarına rüsumları artırması və Çinin cavab rüsumları tətbiq etməsi aprelin əvvəlindən Vaşinqton və Pekin arasında ticarət müharibəsinin başlanmasına gətirib çıxarmışdı.
Xatirə SADIQ