Danimarka “Şimal axını-2” qaz kəməri ilə bağlı qərar verdi

Danimarkanın enerji agentliyi “Şimal axını-2”nin operatoru olan “Nord Stream 2 AG” şirkətinə Baltik dənizində zədələnmiş qaz kəmərinin konservasiyasına icazə verib. 

Jan 28, 2025 - 14:05
Danimarka “Şimal axını-2” qaz kəməri ilə bağlı qərar verdi

SAVASHMEDİA.az “TASS”a istinadən xəbəbr verir ki, bu barədə idarənin press-relizində bildirilib.

Məlumata görə, 2025-ci il yanvarın 28-də Danimarka enerji agentliyi “Nord Stream 2 AG” şirkətinə Baltik dənizində yerləşən “Şimal axını-2” qaz kəməri sahəsində bir sıra işlərin aparılmasına icazə verib. Fəhlələr qazın daha sonra buraxılmasının və oksigenli dəniz suyunun daxil olmasının qarşısını almaq üçün borunun hər açıq ucuna xüsusi tıxaclar quraşdıraraq zədələnmiş boru kəmərini qorumaq niyyətindədirlər”, - deyə məlumatda vurğulanıb.
 
“Nord Stream 2 AG” şirkətinin 2025-ci il aprelin 1-dən sentyabrın 30-dək boru kəmərində işlər görəcəyi gözlənilir. 

Xatirə SADİQ