“Los-Ancelesdəki milli qvardiyaçılar ac-susuzdurlar” - Kaliforniya qubernatoru
ABŞ müdafiə naziri Pit Heqset asayişi bərpa etmək məqsədilə Los-Anceles şəhərinə 700 dəniz piyadasının göndərildiyini açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə amerikalı nazir “X” sosial şəbəkəsində məlumat paylaşıb.
Kaliforniyanın qubernatoru Qevin Nyusom isə bildirib ki, prezident Donald Tramp yerli təhlükəsizlik qüvvələrinə etirazları yatırmağa kömək etmək üçün Milli Qvardiyanın əlavə 2000 əsgərini ştata göndərmək qərarına gəlib.
Qubernator qeyd edib ki, Milli Qvardiyanın Los-Ancelesə göndərilən ilk 2000 hərbçisinin nə qidası, nə də suyu var. Onların cəmi 300-ü yerləşdirilib, qalan qvardiyaçılar isə heç bir əmrə malik olmadan federal binalarda işsiz otururlar.
Xatirə SADİQ