İran-ABŞ nüvə danışıqları fevralın 6-da keçiriləcək - Əraqçi
İran-Amerika danışıqları 6 fevral cümə günü Omanda keçiriləcək.
SAVASHMEDİA.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi sosial media hesabında bildirib.
Nazir yazıb ki, ABŞ ilə nüvə məsələsi üzrə danışıqlar cümə günü təxminən saat 11:00-da Maskatda keçiriləcək.
Qeyd edək ki, bir müddət əvvəl “Axios” portalı ABŞ və İran arasında keçirilməsi planlaşdırılan nüvə danışıqlarının ləğv edilməsi ilə bağlı məlumat yaymışdı.
Aytən