Xameneinin son arzusu bu imiş - Vəsiyyəti AÇIQLANDI

İranın mərhum Ali Rəhbəri Əli Xameneinin dəfn olunacağı məkanla bağlı yeni detallar açıqlanıb. 

Jul 2, 2026 - 11:59
Xameneinin son arzusu bu imiş - Vəsiyyəti AÇIQLANDI

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İran rəsmiləri və dövlətə yaxın media məlumat yayıb.

Məlumata görə, Xameneinin nəşi iyulun 4-9 tarixlərində Tehran, Qum və Məşhəddə keçiriləcək vida mərasimlərindən sonra İmam Rza ziyarətgahında torpağa tapşırılacaq. Rəsmilərin sözlərinə görə, bu məkanda dəfn olunmaq onun son arzusu olub və ailəsi də həmin istəyin yerinə yetirilməsini dəstəkləyib.

Dəfn mərasimindən əvvəl Tehranda və Qumda genişmiqyaslı vida tədbirləri keçiriləcək. İran hakimiyyəti mərasimlərdə milyonlarla insanın iştirak edəcəyini proqnozlaşdırdığı üçün təhlükəsizlik tədbirlərini ən yüksək səviyyəyə qaldırıb.

Qeyd edək ki, İmam Rza ziyarətgahı şiə müsəlmanları üçün ən müqəddəs məkanlardan biri hesab olunur. Hər il milyonlarla zəvvarın üz tutduğu bu ziyarətgah İranın ən böyük dini mərkəzlərindəndir. Xameneinin burada dəfn olunması həm dini, həm də simvolik baxımdan xüsusi əhəmiyyət daşıyır.

Xatırladaq ki, Əli Xamenei ABŞ, İsrail – İran müharibəsinin başladığı gün – fevralın 28-də həlak olub. Dəfn mərasimi əvvəlcə mart ayına planlaşdırılsa da, müharibə şəraiti və təhlükəsizlik səbəbindən bir neçə dəfə təxirə salınıb.

Banu