“Rusiya olmasaydı, indi NATO ilə kəllə-kəlləyəydik” - Lukaşenko 

“Belarusun Şimali Atlantika Alyansından təhlükəsizliyinin təmin olunmasına Rusiya kömək edib”.

Jul 31, 2025 - 16:44
Jul 31, 2025 - 16:47
“Rusiya olmasaydı, indi NATO ilə kəllə-kəlləyəydik” - Lukaşenko 

SAVASHMEDİA.az Belarus KİV-nə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Əgər Rusiya adi silahlardan və nüvə silahlarından başlayaraq bu çətin zamanda bizə dəstək verməsəydi, bu gün nələrin baş verəcəyini təsəvvür etmək çox çətindir. Biz yəqin ki, artıq Qərbdə NATO bloku ilə kəllə-kəlləyə dayanmış olardıq”, - deyə Lukaşenko vurğulayıb. 

Onun sözlərinə görə, hazırda Belarusun Rusiya ilə münasibətləri çox yüksək səviyyədədir və sınaqdan keçib. 

“Rusiya ilə qurduğumuz birlik, sadəcə, gözəl fasad deyil, həm də gerçəkdən işləyən mexanizmdir”, - deyə Lukaşenko iddia edib.

O, qeyd edib ki, dörd il ərzində “qlobal qarşıdurmanın ən təhlükəli qırılma xətlərindən birində olan” Belarus “ən vacib şeyi – başımızın üstündə dinc səmanı qoruyub saxlaya bildi”. 

Xatirə SADİQ