Trampı dəstəkləyən amerikalı bloger saxta videolara görə ruslardan pul alıb – “CNN”

Donald Trampı dəstəkləyən nüfuzlu amerikalı bloger ABŞ-də prezident seçkilərində səs verdikləri iddia edilən haitili mühacirlərin saxta videosunu dərc etdiyinə görə rusiyalı təbliğatçıdan 100 dollar aldığını etiraf edib.

Nov 5, 2024 - 12:37
Trampı dəstəkləyən amerikalı bloger saxta videolara görə ruslardan pul alıb – “CNN”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədəı “CNN” məlumat yayıb.
 
Onun sözlərinə görə, bu ödəniş seçki ərəfəsində sosial mediada dərc etmək üçün “qeydiyyatdan keçmiş Rusiya agentindən” aldığı bir neçə ödənişdən biri olub. 

Bloqqer bildirib ki, ona 100 dolları internetdə “Aussie Cossack” (Avstraliya kazakı) kimi tanınan rus təbliğatçısı-podkaster Simeon Boykov ödəyib. Vəziyyətlə tanış olan şəxs “CNN”ə təsdiqləyib ki, Boykovdan Massaçusetsdəki blogerə bir neçə ödəniş göndərilib. 

Məlumatda deyilir ki, Trampı dəstəkləyən bu inflüenser “X” platformasında yazır və @AlphaFox78 hesabına malikdir. O, Massaçusets ştatında yaşayan amerikalıdır. Onun saxta videosunda haitili bir mühacir iddia edir ki, Corciya ştatında vitse-prezident Kamala Harrisə ən azı iki dəfə səs verib.

Corciyanın dövlət katibi bu virdeoyazını təkzib edib. O bildirib ki, videoda hər şey saxtalaşdırılıb, orada rusiyalı aktyor-inflüenserlər iştirak ediblər.

“CNN” sənədlərə əsasən bildirib ki, Boykov Rusiyanın Avstraliyada qeydiyyatdan keçmiş xarici agentidir. O, Avstraliyada Rusiyanın dövlət KİV-də işləyir, internetdə ingilis və rus dillərində yazılar yerləşdirir.

Məlum olub ki, Boykov bu yaxınlarda Rusiya vətəndaşlığı alıb və Rusiyanın Sidneydəki konsulluğundan sığınacaq istəyir. Boykov 2024-cü ildə ABŞ-də keçirilən prezident seçkiləri da daxil olmaqla Rusiya dezinformasiya kampaniyalarında müəyyən rol oynayıb.

ABŞ və Avropa kəşfiyyatındakı mənbələr “CNN”ə bildiriblər ki, Rusiya dezinformasiya şəbəkəsi səhnələşdirilmiş təbliğat videoları hazırlayır, sonra isə onları amerikalı inflüenserlər sosial şəbəkələrdə yayırlar. 

Xatirə SADİQ