İş adamı saxta spirtli içkidən həyatını itirdi - Məşhur aktrisanın qardaşıdır + FOTO
Türkiyədə keçmiş iş adamı, 59 yaşlı Rıza Kalkavan saxta içkidən zəhərlənərək ölüb.
SAVASHMEDİA.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalist Asena Ozkan yayıb.
Məlumata görə, iş adamı son günlər maddi sıxıntıdan əziyyət çəkib. O, pulsuzluqdan mağazadan 30 litr saxta spirtli içki alaraq, evdə içib. Daha sonra görmə qabiliyyətini itirdiyi üçün dostu tərəfindən xəstəxanaya yerləşdirilib. Lakin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Rıza Kalkavan 2022-ci ildə xərçəngdən dünyasını dəyişən aktrisa Billur Kalkavanın qardaşıdır.
Fotoda: Rıza Kalkavan
Fotoda: Billur Kalkavan