"AZAL-ın təyyarəsini vuran Rusiya raketi olub" - KİV

İlkin araşdırma nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S" HHM sistemi tərəfindən hücuma məruz qalıb.

Dec 26, 2024 - 17:04
"AZAL-ın təyyarəsini vuran Rusiya raketi olub" - KİV

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Caliber redaksiyası etibarlı hökumət mənbələrindən məlumat əldə edib.

Bundan əlavə, Rusiya tərəfinin REM sistemlərindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olub. Məhz bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib və siqnal yalnız Xəzər dənizi akvatoriyası rayonunda bərpa edilib.