“Azərbaycanla sülh sənədini sizə göstərməyəcəm” – Paşinyandan müxalifətə qadağa

“Mən sizə sülh sənədi ilə tanış olmaq fürsəti yaratdım, bəs siz nə etdiniz? Sənədlə bağlı nağıl danışmağa başladınız. Ona görə də qərar verdim ki, həmin sənədi sizə göstərməyəcəyik. Hesab edirəm ki, düzgün etdim”,

Oct 3, 2024 - 08:03
“Azərbaycanla sülh sənədini sizə göstərməyəcəm” – Paşinyandan müxalifətə qadağa

SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri parlamentdə çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifətə xitabən deyib. 

Xatırladaq ki, bir müddət öncə sülh sazişi layihəsi ilə tanış olan bir neçə müxalif deputatı sərt bəyanatlarla çıxış ediblər. Paşinyan isə onları manipulyasiya cəhdində və prosesi pozmaqda günahlandırıb.

Oğuz