Tanınmış müğənninin qızı itkin düşdü - Bir həftədir axtarılır
Rusiyalı müğənni Lyubov Uspenskayanın yeganə övladı Tatyana Plaksina Moskvada yoxa çıxıb.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə müğənninin mətbuat katibi məlumat yayıb.
Onun sözlərinə görə, artıq bir həftədir Uspenskayanın qızından xəbər yoxdur. “Tanya həqiqətən bir həftə əvvəl yoxa çıxıb. O, Moskvada itib. Hazırda harada olduğunu bilmirik. Biz bunu onun Luqanska və Donetska (Ukraynanın Rusiya tərəfindən işğal edilmiş əraziləri – red.) səfərləri ilə əlaqələndiririk. Onunla nə etdiklərini, hansı halda olduğunu bilmirik”, - deyə sözçü əlavə edib.
Uspenskayanın vəkili də hesab edir ki, baş vermiş hadisədə Ukrayna izi var.
Qeyd edək ki, son illərdə Rusiyada baş vermiş hər bir xoşagəlməz hadisəni Ukraynaya bağlamaq əlverişli məqama çevrilib.
Xatirə SADİQ