Qəbələdə qəzaya düşən turistlər ərəb imiş - Helikopterlə Bakıya gətirildi
Qəbələdə baş verən qəzada xəsarət alan əcnəbi turistlərin kimliyi məlum olub
SAVASHMEDİA.az "report"a istinadla xəbər verir ki, xəsarət alanlar Səudiyyə Ərəbistanı vətəndaşları 47 yaşlı Azzah Alharbi, 24 yaşlı Shatha Almohammadi, 17 yaşlı Lana Alharbi və 21 yaşlı Faris Almohammadidir.
Məlumata görə, ağır xəsarət alan turistlərdən biri Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Qeyd edək ki, ağır qəza Qəbələnin Laza kəndində baş verib. İki kvadrosiklin toqquşması nəticəsində Səudiyyə Ərəbistanından olan dörd turist xəsarət alıb.
Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirildiyi üçün helikopter vasitəsilə Bakıdakı xəstəxanalardan birinə təxliyə edilib.