İranın qərbindəki raket buraxılış qurğuları vuruldu - İsrail ordusu
İsrail Müdafiə Qüvvələri (IDF) öz qırıcılarının İranın qərbindəki raket buraxılış qurğularını vurduğunu bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə IDF “Telegram”da məlumat paylaşıb.
“Son bir neçə saat ərzində İsrail Hərbi Hava Qüvvələrinə məxsus təxminən 15 döyüş təyyarəsi İranın qərbində raket buraxılış qurğularına bir sıra zərbələr endirib”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, iyunun 16-na keçən gecə IDF İranın mərkəzində “yer-yer” tipli raket buraxılış sistemlərini vurduğunu bildirib.
Xatirə SADİQ