Azərbaycanlı prokurorun oğlu Türkiyədə öldü: "Duzlu su..."

Bəstəkar, Abşeron Rayon İcra Hakimiyyətinin Arxiv İdarəsinin rəisi Ruslan Əhmədoğlunun cənazəsi ötən gün axşam saatlarında Türkiyədən Azərbaycana gətirilib.

Jul 8, 2025 - 11:54
Azərbaycanlı prokurorun oğlu Türkiyədə öldü: "Duzlu su..."

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "Teleqraf"a mərhumun dostu Samir Xəttab məlumat verib.

Samir Xəttab Ruslan Əhmədoğlunun bu gün günorta saatlarında Pirşağıdakı ailə qəbiristanlığında torpağa tapşırılacağını bildirib.

S.Xəttab dostunun ölüm səbəbindən də danışıb.

O deyib ki, Ruslan Əhmədoğlu ailəsi ilə birlikdə Türkiyədə istirahətdə olarkən dənizdə bu hadisə baş verib:

"Dənizdə olarkən ayağından qıcolma keçirib, bu səbəbdən təşvişə düşüb. Nəticədə duzlu su ciyərlərinə dolub və komaya düşüb. Xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb".

Qeyd edək ki, Ruslan Əhmədoğlu ailəlidir və iki övladı var. R.Əhmədoğlu mərhum prokuror Əhməd Həsənovun oğludur.