"İran Avropa ilə yox, bizimlə danışmaq istəyir" - Tramp

ABŞ prezidenti Donald Tramp Cenevrədə İranla Avropa ölkələri arasında aparılan danışıqlara münasibət bildirib. 

Jun 21, 2025 - 12:18
"İran Avropa ilə yox, bizimlə danışmaq istəyir" - Tramp

SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.  
 
“İran Avropa ilə danışmaq istəmir. Onlar bizimlə danışmaq istəyirlər. Avropa bu məsələdə kömək edə bilməz”, - deyə Tramp jurnalistlərə bildirib. 

“Biz açıq şəkildə bildirdik ki, İranln nüvə silahı ola bilməz”, - deyə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Cenevrə görüşündən sonra BBC News-a deyib. 

Onun sözlərinə görə, avropalı həmkarları ilə birlikdə İranla danışıqların davam etdirilməsinə can atırlar. “Biz İranı ABŞ ilə danışıqları davam etdirməyə çağırırıq”, - deyə britaniyalı nazir bildirib.

Lemmi qeyd edib ki, “bu təhlükəli andır” və İranla İsrail arasında münaqişənin regional eskalasiyası olmaması “son dərəcə vacibdir”.

Xatirə SADİQ