Zelenski atəşkəs təklifini rədd etdiyi Orbanı "sancdı" - "Yəqin Əsədə zəng etməz"  

“Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə məsləhətləşmələr davam edəcək”.

Dec 12, 2024 - 16:58
Dec 12, 2024 - 17:00
Zelenski atəşkəs təklifini rədd etdiyi Orbanı "sancdı" - "Yəqin Əsədə zəng etməz"  

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

“Rusiya tərəfi Macarıstanın baş naziri Viktor Orbanın sülh yolu ilə nizamlanmasına və əsirlərin mübadiləsi ilə bağlı humanitar məsələlərin həllinə yönəlmiş səylərini tam dəstəkləyir”, - deyə Peskov əlavə edib.

Onun sözlərinə görə, dünənki telefon danışıqları zamanı Orban Milad bayramı ərəfəsində Rusiya ilə Ukrayna arasında böyük əsir mübadiləsi, həmçinin “Milad atəşkəsi” elan edilməsini Putinə təklif edib.

Peskov qeyd edib ki, Москва cavabını Budapeşt vasitəsilə Kiyevə ötürüb, lakin Ukrayna tərəfi onu rədd edib. 

Xatırladaq ki, Orban dekabrın 11-də Putinə zəng edib. Bu, Macarıstan liderinin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla görüşündən sonra baş verib. 

Orban sonra Kiyevin onun təklif etdiyi Milad atəşkəsi ilə bağlı təşəbbüsü rədd etdiyini Moskvaya xəbər edib. 

Ukrayna prezidenti Zelenski bu məsələyə “X” sosial şəbəkəsində ironik reaksiya verib. O, qeyd edib ki, Orbanın heç olmasa Suriyanın keçmiş prezidenti Bəşər Əsədə zəng etməyəcəyinə ümid edir.

Xatirə SADİQ